Türkiyəli baş məşqçidən Azərbaycanla bağlı paylaşım - FOTO

01:55 02-10-2020 27

Türkiyənin idman gimnastikası üzrə millisinin baş məşqçisi Yılmaz Göktəkin Azərbaycanla bağlı paylaşım edib.

O, “Facebook” hesabında Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq ölkəmizə dəstək olub.

Qeyd edək ki, Yılmaz Göktəkinin baş məşqçiliyi dönəmində İbrahim Çolak ötən il dünya çempionu olub. O, Türkiyə idman gimnastikası tarixində ilk dünya çempionu kimi tarixə düşüb.

Səbuhi Musayev