“Haber Global” bir ailədən beş nəfərin öldürüldüyü Naftalanda - VİDEO

18:10 30-09-2020 17

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan şəhərinin Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.

“Haber Global” Naftalanda çəkiliş aparıb, əhalinin cəbhədə baş verənlərlə bağlı fikirlərini öyrənib.

Süjetdə bildirilib ki, Naftalanda hər evdə Azərbaycan və Türkiyə bayraqları yanaşı asılır.

 

Xəbər lenti