Ərdoğan və Boris Conson Qarabağdakı gərginliyi müzakirə etdi

01:35 29-09-2020 21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson telefon danışığı zamanı Dağlıq Qarabağdakı hərbi münaqişəni müzakirə ediblər.

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

“Müzakirələr zamanı regional məsələlər, xüsusilə Ermənistanın Azərbaycana hücumlarının yaratdığı gərginlik müzakirə edilib. R.T. Ərdoğan bölgədəki sülh və sabitlik üçün Ermənistanın öz qoşunlarını işğal altında olan Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı olduğunu vurğulayıb”, – Türkiyənin Prezident Administrasiyasının yaydığı məlumatda yazılıb.

Həmçinin, R.T. Ərdoğan və B. Conson Şərqi Aralıq dənizindəki hadisələri və Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi müzakirə edib.