Zərif: “İran Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlarda vasitəçilik etməyə hazırdır”

20:30 27-09-2020 19

“İran Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlarda vasitəçilik etməyə hazırdır”.

Bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, İran Dağlıq Qarabağda baş verən narahatlıq doğuran hadisələri diqqətlə izləyir.

“Biz dərhal bütün toqquşmalara son qoymağa və fikir ayrılıqlarını aradan qaldırmaq üçün dialoqa başlamağa çağırırıq. Qonşularımız bizim prioritetimizdir və biz danışıqlar üçüb yaxşı platforma təşkil etməyə hazırıq. Bizim regionumuza sülh lazımdır”, - deyə C.Zərif bildirib.