Bakıda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var

05:15 27-09-2020 25

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Səfərova Leyla Habasət qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.