Ucqar kənddə çalışan azərbaycanlı müəllim distant təhsili fərqli üsulla əvəz etdi - FOTO

23:40 26-09-2020 29

Astaranın Qapıçıməhəllə kəndində çalışan tarix müəllimi Həbib Əlizadə distant təhsilin internet, kompüter-planşet çatışmazlığı səbəbindən mümkün olmadığını görüb, fərqli üsula əl atıb. 

H.Əlizadə bu barədə sosial media hesabında məlumat verib:

"Qapıçıməhəllə kəndində kirayə qaldığım evin bir otağını dərs otağı etdim. Artıq bu həftədən etibarən bütün dərs dediyim siniflərə karantin qaydalarına riayət edərək evdə tarix dərslərinin tədrisinə başladım. Yəni distant şəkildə keçməli olduğum dərslərin müddətini azca da artıraraq evdə keçirəm. Bu dərslərə görə ödəniş alınmır. Onlara izah edirəm ki, bu dərsləri onsuz da keçməli idim.

Beləliklə, şagirdlərimiz üçün bərabər təhsilalmanı təmin etməyə cəhd edirik".