Binəqədi rayonunda avtomobil iki yaşlı uşağı xəstəxanalıq etdi

23:20 26-09-2020 27

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

M.R.Rəsulzadə qəsəbəsində 2018-ci il təvəllüdlü Baxşəliyev Yusif İsmayıl oğlunu küçədə avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.