“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə

start verilir

10:07 26-09-2020 222

Ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 16-cı mövsümü
“Nar”ın baş sponsorluğu ilə yenidən start götürür. Hər zaman gənclərin intellektual
inkişafına xüsusi önəm verən “Nar”, artıq 8 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş
sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 6 region və 6 universiteti təmsil edən
16 komanda qoşulub. Yarış hər həftənin cümə günü saat 19:50-də İctimai Televiziyada
yayımlanacaq.
Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə
ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışacaq. Bundan
başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVİD-19
testindən keçməlidir.
Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri
Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə
komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan
komanda isə ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Breyn
Rinq 2020” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.
“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə Nar.az səhifəsindən tanış ola
bilərsiniz.