Trampı zəhərləmək istədilər

11:35 20-09-2020 22

ABŞ Prezidenti Donald Tramp zəhərlənmə təhlükəsi ilə üz-üzə qalıb. 

TASS-ın məlumatına görə, Trampa içərisində zəhərli maddə olan bağlama göndərilib.

Lakin sui-qəsdçilər öz istəklərinə çata bilməyiblər. Ağ Evin təhlükəsizlik qüvvələri tərəfindən həmin bağlama aşkarlanaraq götürülüb.

Məlum olub ki, bağlamanın içində risin maddəsi olub. Risin isə sianid turşusundan 6 min dəfə daha zəhərlidir. Risinə məruz qalan insan üçün antidot yoxdur.

Faktla bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Prezidentin mühafizəsinə məsul olan Gizli xidmət araşdırmalara başlayıb.