117 yaşlı qadın yeni rekorda imza atdı

00:00 19-09-2020 27

Planetin ən uzunömürlü insanı olaraq adı Ginnesin rekordlar kitabına salınan yaponiyalı Kane Tanakanın 117 yaş 226-cı günü tamam olub.

Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

O, bu göstərici ilə hazırda həyatda olmayan digər yaponiyalı Nabi Tajimayanın rekordunu təzələyib.

Kane Tanaka adlı qadın 1903-cü il yanvarın 2-də Tokioda anadan olub.

O, 1922-ci ildə ailə qurub, dünyaya dörd uşaq gətirib.

Qeyd edək ki, Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır.