Qobustanda 22 yaşlı gənc bıçaqlanıb

00:00 19-09-2020 32

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Ərəbqədim kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Eyvazlı Fərman Ədalət oğlu qarın nahiyəsində bıçaq xəsarəti alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.