Yunanıstanın Türkiyədəki səfiri XİN-ə çağırıldı

23:01 18-09-2020 18

“Bir yunan qəzeti səviyyəsiz, alçaqca və təhqiramiz manşetə yer verib. Biz də bununla bağlı Yunanıstanın Türkiyədəki səfirini Xarici İşlər Nazirliyinə çağırdıq”.

“Haber Global” xəbər verir ki, bu sözləri Trükiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə mətbuatında da həm öz, həm yunan siyasətçilər haqqında tənqidi yazılar olur, bu zaman məyusluq yaşayırlar, amma bunlar söz azadlığıdır. Təhqir, söyüş isə söz azadlığı çərçivəsində dəyərləndirilməməlidir. Yunanıstanın bir çox məsələlərdə Türkiyə əleyhinə addım atmasının səbəbi həm də yunan mediasıdır. Təəssüf ki, görünən budur. Biz lazım olan tədbirləri görəcəyik”.