Ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i dolub – DİM sədri

Baş səhifə

Bakı. Trend:

Ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i
dolub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

Qeyd edilib ki, ali təhsil müəssisələrinin boş qalan plan
yerlərinə qəbul yekunlaşıb.




“Beləliklə, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas
mərhələləri başa çatıb.

Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan
yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş
qalıb”,- deyə əlavə edilib.

Qeyd edək ki, 8 sentyabr saat 18:00 ali təhsil müəssisələrinə
qəbul olunanların elektron qeydiyyatı üçün son tarixdir. Qəbul
olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan
keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək
yerləşdirildiyiniz ixtisasdan imtina kimi qiymətləndirilir. Boş
qalan plan yerlərinə qəbul olunanlar isə 8 -15 sentyabrda
qeydiyyatdan keçməlidirlər.