ABŞ prezidenti İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırdı

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bir sıra iri Amerika yüksək
texnologiyalar şirkətlərinin rəhbərlərinə elmi nailiyyətlərinə görə
dövlətin ən yüksək mükafatlarını təqdim edib. Onların arasında İlon
Mask da olub.

Təntənəli mərasim Vaşinqtonda yerləşən hökumətə məxsus Sülh
İnstitutunda keçirilib. ABŞ Milli Elm Medalı “Tesla” və “SpaceX”
şirkətlərinin rəhbəri İlon Mask, “Google” şirkətinin həmtəsisçisi
Sergey Brin, həmçinin “Nvidia” və “AMD” şirkətlərinin rəhbərləri
Censen Huanq və Liza Suya təqdim olunub. “Dell Technologies”
şirkətinin rəhbəri Maykl Dell və “Microsoft” şirkətinin baş
direktoru Satya Nadella isə ABŞ Milli Texnologiya və İnnovasiya
Medalı ilə təltif ediliblər.




“İlon bizim müasir dövrün Tomas Edisonumuzdur. İlon, səni təbrik
etmək istəyirəm. Sən mənim dostumsan. Amma sən həm də çox xüsusi
birisən”, – deyə Amerika lideri medalı təqdim edərkən bildirib.

Tramp Brini “dünyanın məlumat axtarma üsulunu əbədi olaraq
dəyişdirən vizioner” kimi xarakterizə edib. Amerika liderinin
sözlərinə görə, Google-un həmtəsisçisi bütün insanların
“bəşəriyyətin bütün biliklərinə” çıxışını təmin edib. ABŞ
administrasiyasının rəhbəri digər laureatları da səmimi şəkildə
təbrik edib.