Xankəndi-Gorus istiqamətində mülki şəxslərin sərhəd-buraxılış məntəqəsində rəsmiləşdirilmə görüntüləri – VİDEO

HƏRBİ


Xankəndi-Gorus istiqamətində erməniəsilli mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsi prosesi davam edir.

“Report” iyunun 10-da buraxılış məntəqəsində çəkilmiş videogörüntünü təqdim edir.

Videoda sərhəd məntəqəsində vətəndaşların keçidinə hər hansı maneə yaradılmadığı görünür.

Qeyd edək ki, bu il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

 

www.102info.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir