Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirib

Cəmiyyət


Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirib.

“resmixeber.az” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, fermada çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb.

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Fakt araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir