Talassemiya diaqnozu qoyulanların sayı AÇIQLANDI

Cəmiyyət


Azərbaycanda ötən il ilk dəfə talassemiya diaqnozu ilə 320 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən resmixeber.az-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 0-17 yaş aralığında olanların sayı 158 nəfər olub.

Tibb müəssisələrində talassemiya diaqnozu ilə qeydiyyatda olanların xəstələrin cəmi sayı 4 min 96 nəfər olub ki, onlardan da 1 min 967 nəfəri 0-17 yaş aralığında şəxslər olub.

Qeyd edək ki, ilk dəfə qoyulmuş diaqnozla 2018-ci ildə 418, 2019-cu ildə 402, 2020-ci ildə 320, 2021-ci ildə 286 nəfər talassemiya xəstəsi qeydə alınıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir