Qızının xilasından bir saat sonra hamilə qadın da dağıntılar altından çıxarıldı – VİDEO

Dünya

Episentri Türkiyənin Kahramanmaraş vilayəti olan 7,7 bal gücündə zəlzələdən sonra ərazidə dağılan binalarda axtarış-xilasetmə işləri davam edir. Belə əməliyyatların birində dağıntılar altından hamilə qadın sağ çıxarılıb.

Zəlzələnin 115-ci saatında xilas edilən Zahide Kayaya ilkin tibbi müdaxilə edilib, sonra isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Bundan təxminən bir saat əvvəl Zahide Kayanın altı yaşlı qızı Kübra da xilas edilmişdi.

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir