Heydər Əliyev prospektində qəza-Tıxac var

Baş səhifə

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.

Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.