
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurmanın tezliklə
həllinə nail olmaq niyyətində olduğunu açıqlayıb.
Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bu
barədə danışıb.
“Bəli, mən bunu həll edəcəyəm. Bəli, tezliklə. Bu və ya digər
şəkildə, biz bunu həll edəcəyik. Onlar razılaşma istəyirlər, amma
bizə uzunmüddətli razılaşma lazımdır”, – deyə Amerika lideri
bildirib.
Tramp jurnalistin razılaşma əldə olunana qədər Amerika
qoşunlarını bölgədə saxlamaq niyyətində olub-olmadığı ilə bağlı
sualına belə cavab verib.
ABŞ prezidenti, həmçinin hətta ölkəyə “pis və zəif” prezident
rəhbərlik etsə belə, qüvvədə qalacaq bir razılaşma əldə etməyə
çalışdığını vurğulayıb.

