
Kəngərlidə avtomobil qəzası olub.
Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Logan” markalı avtomobil yoldan çıxarıb aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

