
Bakı. Trend:
Kanada və Fransa kosmik infrastrukturun, o cümlədən buraxılış
sistemləri və yerüstü məlumatqəbuledici qurğuların birgə inkişaf
etdirilməsi və istifadəsi barədə razılığa gəliblər.
Bu barədə Kanadanın Baş naziri Mark Karni Fransa Prezidenti
Emmanuel Makronla görüşdən sonra bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin kosmik və müdafiə
nazirliklərinə ortaq infrastrukturun yaradılması və birgə
istifadəsinin təmin edilməsi tapşırılıb.
Tərəflər, həmçinin peyk məlumatlarının qəbulu üçün
infrastrukturun yaradılması istiqamətində əməkdaşlıq etməyi
planlaşdırırlar.

