
Bakı. Trend:
Danimarka Qrenlandiyanın təhlükəsizliyini təkbaşına təmin etmək
üçün kifayət qədər maliyyə imkanlarına malik olmadığına görə ABŞ-la
razılaşmağa məcbur olub.
Bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına
müsahibəsində deyib.
“Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyaya hücum və
ya təhlükə olacağı təqdirdə adanın müdafiəsini təmin etmək üçün
kifayət qədər maliyyə imkanlarına malik deyillər. ABŞ isə bunu
təmin etmək imkanına sahibdir”, – deyə Rubio bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ və
Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsinə
nəzarətin Vaşinqtona keçməsi ilə bağlı razılığa gəldiyini
açıqlayıb.
Tramp bildirib ki, Vaşinqton Qrenlandiyada hərbi mövcudluğunu
dərhal genişləndirməyə başlayacaq və ABŞ-nin rəqiblərinin adada
hərbi bazalar yerləşdirməsinə imkan verilməyəcək.

