
Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində ticarət kompleksinə dron zərbəsi nəticəsində ölənlərin sayı artıb.
Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Məlumata görə, Rusiyanın hücumu nəticəsində yaralananların sayı isə 91 nəfərdir, onlardan 21-nin vəziyyəti ağırdır.
***
20:19
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.
“Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib”, – Qanja qeyd edib.
Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.
Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və arta bilər.

