Bakı. Trend:
Atəşkəsin uzadılması ilə bağlı İsrail və Livan liderləri
arasında görüş yaxın bir neçə həftə ərzində Ağ Evdə
keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə D. Tramp Ağ Evdə
jurnalistlərə deyib.
“Düşünürəm ki, Livan Prezidenti və İsrail Baş naziri yaxın bir
neçə həftə ərzində buraya gələcəklər”, – deyə o bildirib.
O, atəşkəsin əlavə üç həftə davam etməli olduğunu xatırladıb və
Livan və İsrail liderlərinin “çox güman ki, həmin vaxt buraya
gələcəklərini” bildirib. Onun fikrincə, bu, “tarixi hadisə”
olacaq.

