Brent markalı neftin qiyməti 110 dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Londonun ICE birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün
Brent markalı xam neftin fyuçerslərinin qiyməti 30 mart 2026-cı
ildən bəri ilk dəfə bir barel üçün 110 dolları keçib.

Trend xəbər verir
ki, bunu ticarət məlumatları göstərir.




Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, Brent markalı
xam neftin qiyməti 1,15% artaraq barel üçün 110,50 dollara
çatıb.

Saat 02:10-a olan göstəricilərə əsasən isə qiymət artımını davam
etdirərək 2,43% yüksəlib və bir barel üçün 111,89 dollara
çatıb.