
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti ölkənin enerji infrastrukturunun modernləşdirilməsi çərçivəsində növbəti layihəyə start verir.
Modern.az xəbər verir ki, qurum tərəfindən elan olunmuş satınalma müsabiqəsinə əsasən, “Şəmkir” Su Elektrik Stansiyasında (SES) və stansiyanın dispetçer otağında genişmiqyaslı təmir-tikinti işləri aparılacaq.
Yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 2 milyon 95 min 291 manat vəsaitin ayrılacaq.
Layihə çərçivəsində həm stansiyanın texniki binalarının, həm də idarəetmə mərkəzi olan dispetçer otağının müasir standartlar səviyyəsində yenilənməsi nəzərdə tutulur.


