ŞKTR Baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib

Baş səhifə
ŞKTR Baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısına dəvət olunub.

“Report” xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TDT-nin Baş katibi Kubanıçbek Omuraliyevlə görüşünə dair “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

“ŞKTR-nin Baş naziri Ünal Üstelin də Bakıya dəvət olunmasını Türk dünyası həmrəyliyi və qardaşlıq hüququnun təbii bir təzahürü olaraq görürük”, – o qeyd edib.

Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin kinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.