ABŞ, Kanada və Danimarka Arktikada təlimlər keçirir

Baş səhifə
ABŞ, Kanada və Danimarka Arktikada təlimlər keçirir

Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ-nin Silahlı Qüvvələrinin Şimal Komandanlığı Arktikada Kanada və Danimarka ilə birgə təlimlərin başladığını elan edib.

“Report”un məlumatına görə, müvafiq bəyanat ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının saytında dərc edilib.

Qeyd olunur ki, ARCTIC EDGE 2026 səhra təlimi 23 fevral – 13 martda Alyaskadan Qrenlandiyaya qədər müxtəlif yerlərdə keçirilir.

Manevrlərdə Danimarka, Kanada, Alyaska Milli Qvardiyası və ABŞ-nin qurumlararası tərəfdaşları, o cümlədən FTB və Sahil Mühafizəsi iştirak edir.

Təlimlərin hazırlığı artırmaq, imkanları nümayiş etdirmək və ABŞ ilə Arktika bölgəsindəki tərəfdaşları arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıdığı bildirilir.

Məqsədlərə qanadlı raketlərə qarşı müdafiənin tətbiqi, dronlara qarşı mübarizə, Arktika şəraitində sağ qalma və hərəkət bacarıqlarının tətbiqi daxildir.