Aİ Əlcəzairdə qazıntı yanacağı istehsalına investisiya qoymağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Avropa Komissarı Dan Yorqensen ötən həftə Əlcəzairdə
karbohidrogen enerjisi istehsalına investisiya qoyuluşunu müzakirə
edib.

Trend-in
məlumatına görə, bunu Avropa Komissiyasının mətbuat katibi
Anna-Kaysa İtkonen jurnalistlərə açıqlamasında təsdiqləyib.




“Növbəti illərdə sənayemizin hələ də qaza ehtiyacı olacaq. Bu,
bir faktdır və biz təchizatlarımızı şaxələndirmək səylərimizdə bunu
nəzərə alırıq. Əlcəzair ən vacib tərəfdaşlarımızdan biridir”, –
deyə o bildirib.

Mətbuat katibi Avropa Komissarı Yorgensenin Əlcəzairə səfəri
zamanı “siyasi razılaşmalar əldə edildiyini” deyib. Aİ nümayəndəsi
bildirib ki, təfərrüatlara gəldikdə isə: xərc, vaxt və cədvəl –
bütün bunlar hazırda Avropa Komissiyasının mütəxəssisləri və
onların Əlcəzairli həmkarları tərəfindən hazırlanır.