
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvanın iki hava limanında – “Domodedovo”
və “Jukovsk” aeroportlarında sərnişin və yük təyyarələrinin qəbulu
və göndərilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Trend xəbər verir
ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi
nümayəndəsi Artyom Korenyako öz “Telegram” kanalında məlumat
verib.
Onun sözlərinə görə, məhdudiyyətlər hava gəmilərinin uçuş
təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.


