Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülən zaman partlayış olub, xəsarət alanlar var.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində başvermiş hadisə nəticəsində 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

