
Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil
edən 28 yaşlı Əli Abbasov saxlanılıb.
Trend-in
məlumatına görə, həmin şəxsdən 7 kiloqram marixuana aşkarlanıb.
Bundan başqa keçirilən digər tədbir zamanı rayon sakini 21 yaşlı
Həzrət Atakişiyevdən qanunsuz olaraq əldə edib özündə saxladığı 1
ədəd “Makarov” markalı tapança da aşkarlanıb. Hər iki faktla bağlı
cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılanlar
barəsində həbs qətimkan tədbiri seçilib.


