Naxçıvanın xarici ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Baş səhifə
Naxçıvanın xarici ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 130,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 3,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 13,6 milyon ABŞ dolları ixracın, 116,5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,4 % azalıb, idxal isə 1,4 % artıb.

Son nəticədə xarici ticarətdə 102,9 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 1,3 % azdır.