İKT
- 17 yanvar, 2026
- 08:32

Nvidia “H200” çip komponentləri təchizatçıları Çinin qərarına görə istehsalı dayandırıblar
“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Buna səbəb Çin gömrük orqanlarının bu yaxınlarda təsdiqlənmiş süni intellekt prosessorlarının ölkəyə idxalını bloklaması olub.
Nəşr vəziyyətlə tanış olan iki mənbəyə istinadən qeyd edib ki, sözügedən hissələr xüsusilə “H200” çipləri üçündür. “Nvidia” şirkəti isə hələlik jurnalistlərin sorğuları ilə bağlı rəsmi şərh verməyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


