2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılıb

Baş səhifə

Bakı. Trend:

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilib.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi
haqqında” Qanunda öz əksini tapıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi
məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi
300 manat məbləğində təsdiq edilib.




Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi
285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddi
15 manat, yəni təxminən 5,26 %
artırılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.