Külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda – 1 milyon 180
min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə
edilməsinin qarşısı alınıb.

Trend xəbər verir
ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.




Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı
Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu,
Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən
Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə
nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1
milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar
edilib.

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə
əlavə məlumat veriləcək.