
Yaponiyada, Hokkaydo adası sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 239 min nəfərin yaşadığı Hatinohе şəhərindən (Aomori şimal prefekturası) 111 km şimal-şərqdə, 62 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


