Keçmiş məcburi köçkün: 32 il yataqxanada yaşamışam, indi öz evimə qayıdıram

Baş səhifə
Keçmiş məcburi köçkün: 32 il yataqxanada yaşamışam, indi öz evimə qayıdıram

Ağdam şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Aidə Gülməmmədova 32 il yataqxanada yaşadığını, indi də öz evinə qayıtdığını bildirib.

O, “Report”a açıqlamasında 1965-ci ildə Ağdamda doğulduğunu deyib:

“Doğma yurda qayıtmaq çox gözəl hissdir. Gözlədiyimiz an gəlib çatdı. Allaha çox şükür ki, sağ-salamat doğma yurda qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə təşəkkürümü bildirirəm. Məcburi köçkün düşəndən sonra yataqxanada məskunlaşmışdım. 32 ildir yataqxanada yaşayıram, çox şükür öz evimə qayıdıram”.