İranın İsrailə qarşı hər hansı bir hərəkəti çox sərt cavab ilə qarşılaşacaq – Netanyahu

Baş səhifə

Bakı. Trend:

İranın İsrailə qarşı hər hansı bir hərəkəti çox sərt cavabla
qarşılanacaq.

Trend-in
məlumatına görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu
Yunanıstan hökumətinin başçısı Kiriakos Mitsotakis və Kipr
Respublikasının Prezidenti Nikos Xristodulides ilə üçtərəfli
görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxışında
deyib.




“İranın son zamanlar hərbi təlimlər keçirdiyinin fərqindəyik.
Biz bunu yaxından izləyirik və lazımi qiymətləndirmələri aparırıq.
İrana aydın şəkildə bildirmək istəyirəm ki, İsrailə qarşı hər hansı
bir hərəkətə çox sərt cavab veriləcək”, – deyə B.Netanyahu
bildirib.

İsrailin baş naziri qeyd edib ki, İsrail 2025-ci ilin iyun
ayında “İranla on iki günlük müharibə zamanı böyük uğurlar
qazanıb”.