
Moskva vilayətində naməlum qurğunun partlaması nəticəsində bir yeniyetmə həlak olub, iki nəfər isə yaralanıb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Moskva vilayətinin Ximki şəhərinin Sxodnya mikrorayonunda baş verib.
Yaralılar ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


