
Monteneqroya səfər edən azərbaycanlı turistlərin sayı artıb.
APA xəbər verir ki, bunu Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan Monteneqroda turizm sahəsinə inveütisiyalar qoyub və bu ölkə azərbaycanlı turistlər üçün yüksək səviyyədə şərait təmin edə bilər.
İbrahimoviç Azərbaycanla Monteneqro arasında birbaşa uçuşların açılmasına çağırıb və bu uçuşların sadəcə mövsümi yox, bütün il boyu təşkil edilməsinin mühümlüyünü vurğulayıb.


