
Bakı. Trend:
İran və Azərbaycan arasında Astara gömrük sərhəd buraxılış
məntəqəsi ilə yükdaşımaların artırılması koordinasiya edilib.
Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat
verilib.
Bildirilib ki, İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu
Azərbaycanın Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yaxından
tanış olub və gömrük xidmətinin rəsmiləri ilə görüşüb.
Görüşdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük
maşınlarının keçidinin sadələşdirilməsi və sürətləndirilməsi haqda
fikir mübadiləsi aparılıb. Həmçinin keçən yük maşınlarının sayının
artırılması, ixrac məhsullarının gözləmə müddətinin azaldılması
haqda razılaşma əldə olunub.
Qeyd edək ki, hər ilin sonunda Astara sərhəd-gömrük keçid
məntəqəsi ilə yükdaşımalarda ciddi artım müşahidə olunur.


