İcraçı direktor: Bu sənədli filmdə Ermənistandan üç müsahib danışdırmışıq

Baş səhifə
Media

  • 19 dekabr, 2025
  • 19:14
İcraçı direktor: Bu sənədli filmdə Ermənistandan üç müsahib danışdırmışıq

Bu sənədli filmdə Ermənistandan üç müsahib danışdırmışıq.

“Report” xəbər verir ki, bunu “AnewZ” TV-nin icraçı direktoru Rüfət Həmzəyev telekanalın “The oligarch”s design” sənədli filminin nümayişindən öncə deyib.

O çəkiliş prosesinin 11 ay davam etdiyini və film üzərinə 100-ə yaxın əməkdaşın çalışdığıını qeyd edib.

“Çəkilişlər 8 ölkədə aparılıb, onların içərisində Ermənistan da var. Biz Ermənistanda üç müsahib danışdırmışıq”.

Rüfət Həmzəyevin sözlərinə görə, bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün parametrlərini özündə əks etdirir.

“Burada humanist fəaliyyət adı altında siyasi təsir gücünün nümayişi kimi məqamlara toxunulub – təbii ki, söhbət Ruben Vardanyanın fəaliyyətindən gedir.

Yəni onun yaratmaq istədiyi obraz var və əməllərinin ortaya çıxardığı bir başqa obraz da”.