17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında
iştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş
Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik
etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev
Türkiyə nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasında
strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da
təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin
intensivliyinin artırılmasının zəruriliyini bildirib.

Ordu generalı L.Ergün Bakıda iki gündür davam edən 17-ci
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında icra
olunan fəaliyyətlərin yeni imkanların formalaşmasında müsbət
təsirindən danışıb, hərbi əlaqələrimizin daha da
genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyini
vurğulayıb.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının cari vəziyyəti
təhlil edilib, maraq doğuran məsələlər və perspektiv planlara dair
geniş müzakirələr aparılıb.