
Bakı. Trend:
Avrasiya İnkişaf Bankı (AAİB) 2026-cı ildə Özbəkistanın
iqtisadiyyatına 300–500 milyon ABŞ dolları həcmində sərmaye qoymağı
planlaşdırır.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu AAİB idarə heyəti sədrinin müavini
Yaroslav Mandron 2025-ci ilin yekunlarına dair Almatıda keçirilən
mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Özbəkistanda 2028-ci ilə qədər olan
layihələrin payplaynı 1,5 milyard ABŞ dolları həcmində
qiymətləndiirlir.
Y. Mandron qeyd edib ki, AAİB ölkə üçün MDB dövlətlərinə
ixracatın bələdçisi kimi çıxış edə bilər və Özbəkistandan olan
investorlar üçün müəyyən zəmanətlər təqdim edə bilər.
“AAİB vasitəsilə Özbəkistanın MDB ölkələrinə ixracatını 20 faiz
və daha çox artırmaq potensialı var”, – deyə o vurğulayıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,
onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və
Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya
fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış
çoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və
Özbəkistan.

