
Almatı. Trend:
Qazaxıstanda hazırda 2,5 milyard dollar dəyərində layihələr
Avrasiya İnkişaf Bankında (AAİB) baxış mərhələsindədir.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu AAİB İdarə heyətinin sədrinin müavini
və AAİB baş iqtisadçısı Ruslan Dalenov 2025-ci ilin yekunlarına
dair Almatıda keçirilən mətbuat konfransında deyib.
Dalenov qeyd edib ki, AAİB-in Qazaxıstanda yığılan layihələr
portfeli 9 milyard ABŞ dollarına çatır. 16 milyon ABŞ dolları
həcmində texniki yardım göstərilib.
Onun sözlərinə görə, hazırda AAİB-in Qazaxıstandakı fəaliyyəti
2022-2026-cı illəri əhatə edən beşillik strategiyaya uyğun
aparılır. Dörd il ərzində AAİB Qazaxıstandakı layihələrə 5,1
milyard dollar investisiya yatırıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,
onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və
Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya
fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış
çoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və
Özbəkistan.

