
Bakı. Trend:
Dostunu güllələyərək qətlə yetirən Rövşən Hətəmovun cinayət işi
üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər
veri ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, Rövşən Hətəmov 12 il müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, iyunun 15-də Gəncədə baş verib. Rövşən Hətəmov
Vüsal Əhmədovu qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi
ilə ittiham edilib.


