
“Qalatasaray” “Liverpul”un futbolçusu Muhammed Salahın xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhənginin futbolçunu transfer etmək üçün hərəkətə keçdiyi iddia olunur. “Futbolexspress” nəşrində dərc edilən xəbərə görə, misirli futbolçu “Qalatasaray”a transfer olmaq üçün tələblər irəli sürüb. İddialara görə, futbolçu illik 25 milyon avroya yaxın məvacib və reklam gəlirlərinin ona ödənilməsini tələb edib. Həmçinin, Salah Türkiyə nəhəngindən özəl təyyarə və villa ayrılmasını tələb edib.
Qeyd edək ki, “Qalatasaray”ın Çempionlar Liqasında iştirak etməsi onu Muhammed Salah üçün diqqətçəkən edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


