
ABŞ-dan alınan yeni tək və iki nəfərlik F-16 “Block” 70 qırıcı təyyarələri Bolqarıstanın Qraf İqnatyevo Hava Bazasına çatıb.
APA xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə F-16 “Block” 70 qırıcı təyyarələrinin ilk partiyasının Bolqarıstan Hərbi Hava Qüvvələrinə çatdırılması başa çatıb.
“Lockheed Martin” şirkəti ilə müqavilə çərçivəsində qalan səkkiz təyyarə təhvil verildikdən sonra Bolqarıstan Hərbi Hava Qüvvələrində F-16 “Block” 70 qırıcı təyyarələrindən ibarət eskadrilya olacaq.
Səkkiz qırıcıdan ibarət ikinci partiyanın 2027-ci ilin sonuna qədər Bolqarıstana çatması gözlənilir.


